Naxçıvan Muxtar Respublikasının ÜDM-si açıqlandı – rəqəmlər

0

Muxtar respublikada 2018-ci ilin yanvar-avqust aylarında 1 milyard 757 milyon 595 min 400 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3872 manatı ötüb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 726 milyon 450 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çoxdur.

2018-ci ilin yanvar-avqust aylarında 293 milyon 730 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub və ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 13 min 969 tona, süd istehsalı isə 67 min 148 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,9 faiz, süd istehsalı isə 1,7 faiz artıb.

– AZƏRTAC