Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası ləğv edilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 1 may 2023-cü il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası haqqında” və ”Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının Əsasnaməsi haqqında” qərarları ləğv edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğunlaşdırılıb.
Nazirlər Kabinetinin eyni tarixli digər bir Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma, poçt-baqaj, yük-baqaj və yükdaşıma xidmətlərinin tarifləri və dəmir yolu nəqliyyatından istifadəyə görə yığımların təsdiq edilməsi haqqında” Qərarı “Naxçıvan Dəmir Yolları” MMC-nin müraciətinə əsasən ləğv edilib.