9 C
Baku
Friday, December 13, 2024

Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi müəyyənləşib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Fərmanla Naxçıvan Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi cəmi 91 ştat vahidi olmaqla, Agentlik Aparatının işçilərinin say həddi 47, regional bölmələrinin işçilərinin say həddi 44 ştat vahidi müəyyən edilib.

Agentliyin bu Fərmanın 1-ci hissəsinə əsasən, müəyyən edilmiş ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

– Agentlik Aparatının 25 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2023-cü il noyabrın 7-dən;

– Agentlik Aparatının 22 ştat vahidi və regional bölmələrin 22 ştat vahidi – 2025-ci il yanvarın 1-dən.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq maliyyələşməni təmin edəcək.

Agentlik bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Son xəbərlər
Digər xəbərlər