29 C
Baku
Tuesday, July 23, 2024

Naxçıvan Səhiyyə Nazirliyinin şöbə müdiri işdən çıxarılıb

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Maliyyə şöbəsinin müdiri Asəf Musayev vəzifədən azad olunub.

Bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra edən Samiq Sadıxov əmr imzalayıb.

Qeyd edək ki, Asəf Musayevin COVİD-19-la mübarizə çərçivəsində tibb işçilərinə ödənilməli olan əlavələrin ödənilməməsində, tibbi sığortadan tibb işçilərinə ödənilməli olan vəsaitlərin düzgün xərclənməməsində və tibb işçiləri ilə kobud rəftarda adı hallanırdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər