17 C
Baku
Saturday, May 18, 2024

Naxçıvan, Şərur və Culfada Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılacaq

Naxçıvan MR-da Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İstehsalat, Tədarük və Təchizat müəssisəsi”, “Aqrar Xidmətlər Mərkəzi”, Naxçıvan, Şərur və Culfada Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılacaq, muxtar respublikanın Dövlət Baytarlıq Xidməti nazirliyin strukturuna daxil ediləcək.

Bunu jurnalistlərə açıqlamasında nazir müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova bildirib.

O, qeyd edib ki, DAİM-lərin yaradılması ilə nazirliklə fermerlər, ailə təsərrüfatçıları, aqrar sektorda fəaliyyət göstərən sahibkarlar arasında əlaqəli iş qurulacaq. Yenicə yaradılmış “Orqanik Naxçıvan” publik hüquqi şəxsi isə Naxçıvanın orqanik məhsullarının əhalidən qəbulu, qablaşdırılması, ölkə daxilində və xaricdə satışı istiqamətində işləyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər