Naxçıvan şəhərinin yeni baş planına uyğun olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə geniş Zəfər Parkı inşa olunacaq.
Bu barədə Naxçıvan Muxtar Respublikasında (MR) Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov şəhid ailələri və qazilərlə görüşündə məlumat verib.
C.Cəlilov eyni zamanda əlavə edib ki, MR-in rayonlarında memorial abidə komplekslərinin inşası davam etdiriləcək.






