1 C
Baku
Saturday, December 14, 2024

Naxçıvan şəhərinin Baş Planının hazırlanması 10 milyon manata başa gələcək

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və Chapman taylor LLP ilə 10.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, “Azərmemarlayihə” ilə olan müqavilədə Naxçıvan şəhərinin Baş Planının hazırlanması xidmətləri nəzərdə tutulur. Müqavilənin dəyəri 1.286.200 AZN-dir.

Chapman taylor LLP ilə bağlanan müqavilə isə Naxçıvan şəhərinin baş planının strateji konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanmasından ibarətdir. Bu müqavilənin məbləği isə 9.015.856 AZN təşkil edir.

 

Son xəbərlər
Digər xəbərlər