9 C
Baku
Saturday, December 21, 2024

Naxçıvan Səhiyyə Nazirliyinə aparat rəhbəri təyin olunub

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.

Bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Məmmədov Vüsal Ələkbər oğlu təyinat alıb.

Qeyd edək ki, Vüsal Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi PHŞ-nin İcbari tibbi sığorta işinin təşkili və qeydiyyatı şöbəsinin müdiri, “Naxçıvansığorta” ASC-nin İdarəyə Heyətinin üzvü, Naxçıvan Gənclər və İdman Nazirliyində nazir köməkçisi vəzifələrində çalışıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər