26 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

“Naxçıvan Sığorta” İcbari Sığorta Bürosunun reyestrinə daxil edilib

Screen Shot 2021 09 02 at 14.34.20

“İcbari Sığortalar Haqqında” qanunun tələblərinə müvafiq olaraq “Naxçıvan Sığorta” ASC İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinə daxil edilib.

Bu barədə Büroya istinadən xəbər verilir.

İştirakçı sığortaçılarla İSB arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.

Sığortaçının istənilən sığorta növü üzrə fəaliyyət göstərməsi üçün “Sığorta Fəaliyyəti Haqqında” və “İcbari Sığortalar Haqqında” qanunların tələblərinə bağlı olaraq nəzarət orqanı tərəfindən icazə verilməlidir.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:report.az
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər