4 C
Baku
Monday, February 26, 2024

“Naxçıvan Sığorta”nın maliyyə vəziyyəti məlum oldu

“Naxçıvan Sığorta” ASC 2021-ci ili 900 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə sığorta şirkətinin mənfəəti 317 min manat olub ki, bu da illik müqayisədə 2.8 dəfə artımdır.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir

Ötən il “Naxçıvan Sığorta”nın gəlirləri 2 milyon 278 min manat (illik müqayisədə 2.4 dəfə çox), xərcləri 1 milyon 153 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 225 min manat (3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Naxçıvan Sığorta”nın aktivləri 9 milyon 580 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 20% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 47.5% artaraq 2 milyon 176 min manata, balans kapitalı 14% artaraq 7 milyon 405 min manata, o cümlədən nizamnamə kapitalı 5.2% artaraq 6 milyon 416 min manata çatıb.

Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

Son xəbərlər
Digər xəbərlər