9 C
Baku
Friday, December 13, 2024

“Naxçıvan Sığorta”nın rəhbərliyində təyinatlar

Azərbaycanın regional sığorta şirkətinin rəhbərliyində yeni təyinatlar baş tutub, Direktorlar Şurası və Təftiş Komissiyasında  dəyişiklər olub.

Banker.az xəbər verir ki, “Naxçıvan Sığorta” ASC-nin Direktorlar Şurasına Əsədulla İsgəndərov Fikrət oğlu sədr, Elşad Abdullayev Abdulla oğlu üzv seçilib.

Elşad ABdullayev bu günə qədər sığorta şirkətinin maliyyəsinə nəzarət edən Təftiş Komissiyasına sədirlik edirdi. Bundan sonra isə onun yerinə Turab Quliyev Ağahüseyn oğlu müvəqqəti sədr kimi seçilib.

Mahmudlu Səma Səyyad qızı isə İdarə Heyətinin üzvü seçilib.

Xatırladaq ki, muxtar respublikanın yeganə sığorta şirkəti “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100% “Naxçıvan Bank” ASC-dir.

 

Son xəbərlər
Digər xəbərlər