“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyinat olub.
“Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının Qərarına əsasən, Vüsal Ələkbər oğlu Məmmədov “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinin icraçı direktoru vəzifəsinə təyin edilib.
Qeyd olunur ki, V.Məmmədov bu təyinata qədər Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində işləyib.
O, həmçinin Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsində şöbə müdiri, “Naxçıvansığorta” ASC-də İdarə Heyətinin üzvü və digər vəzifələrdə çalışıb.