26 C
Baku
Saturday, July 27, 2024

Naxçıvan Toxumçuluq Mərkəzi yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin yaradılması haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyində “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi yaradılıb.

“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sərəncamı ilə Əbülfət Əhmədov “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib.

 

Son xəbərlər
Digər xəbərlər