14 C
Baku
Saturday, November 23, 2024

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq

Naxçıvan və Şərurda tekstil fabrikləri açılacaq.

Bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev deyib.

Tikinti sektorundakı durğunluğun səbəbinin bu günə qədər muxtar respublikada aparılan tikinti işlərində qanunvericiliyin tələblərinin pozulması ilə əlaqələndirən nazir yaxın bir ay ərzində həm dövlət sifarişi, həm də özəl tikinti sektorunda işlərin bərpa olunacağını vurğulayıb.

T.Əliyev onu da qeyd edib ki, tekstil fabriklərində ümumilikdə, 4 min iş yeri yaradılacaq.

Bununla da, işsizlik səbəbindən vaxtilə Naxçıvandan Türkiyəyə köçmək məcburiyyətində qalan və xüsusilə tekstil sahəsində işləyən minlərlə insan öz doğma yurdlarına qaytarılacaq və işlə təmin olunacaqlar.

Bununla yanaşı, yaxın günlərdə fəaliyyətə başlayacaq yeni Duz İstehsalı Müəssisəsində 66, Şərur Sənaye Məhəlləsində fəaliyyətə başlayacaq Yağ İstehsalı Müəssisəsində isə 100-ə yaxın yeni iş yeri yaradılacaq. Kəngərli rayonunun ərazisində Avropanın qabaqcıl şirkətləri tərəfindən günəş panellərinin istehsalını həyata keçirəcək müəssisə qurulacaq.

Nazir onu da qeyd edib ki, Türkiyə ilə sərhəd bölgədə – Şərur və Sədərək rayonları ərazisində yeni sənaye parkı tikiləcək.

Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər