Naxçıvan şəhəri açılan yeni iş yerlərinin sayına görə Abşeron və Sumqayıtdan sonra regionlar üzrə 3-cü yerdədir.
Bu barədə Media Təhlil Mərkəzindən (MTM) məlumat verilib.
Qeyd olunub ki, cari ilin 9 ayı ərzində Naxçıvanda 1331 yeni iş yeri açılıb.
Göstərilən müddət ərzində paytaxt Bakı istisna olmaqla, Azərbaycanın digər bölgələrində yaradılan yeni iş yerlərinin sayı üzrə ilk iki sırada Abşeron rayonu (1601) və Sumqayıt şəhəri (1341) qərarlaşıb.
Siyahıda 4-cü və 5-ci yerlərii müvafiq olaraq Gəncə (976) və Şirvan (878) şəhərləri tutub.