“Naxçıvana təyyarə reyslərin artırılması məsələsinə baxılır”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, gündə Naxçıvan istiqamətində 1 dəfə olmaqla reyslər həyata keçirilir: “Əlavə reyslərin yerinə yetirilməsi məsələsi müzakirə olunur”.