10 C
Baku
Tuesday, November 26, 2024

Naxçıvana yanacaq daşınmasına subsidiya veriləcək – Yenilənib

Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərar verib.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Banker.az xəbər verir ki, qərarda bu Qərarın qüvvəyə mindiyi tarixdən 2022-ci il üzrə subsidiyanın ödənilməsi xərclərinin maliyyələşdirilməsi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan 5,0 (beş) milyon manat vəsait ayrılması nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə bir ay müddətində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) dair ümumi şərtlərin razılaşdırılması barədə saziş imzalamaq, həmçinin, ölkə daxilində istehsal edilən və qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən avtomobil benzinlərinin və dizel yanacağının Naxçıvan Muxtar Respublikasına daşınmasına (təchizatına) görə Naxçıvan Muxtar Respublikasının büdcəsindən subsidiyanın verilməsi qaydalarını təsdiq etmək tapşırılıb.

Nazirlər Kabinetindən bildirilib ki, növbəti ildən etibarən, yanacağın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödənəcək. Cari ildə bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.

 

 

 

Son xəbərlər
Digər xəbərlər