10 C
Baku
Wednesday, December 11, 2024

Naxçıvana yeni elektrotaksilər alınıb

Naxçıvana elektrotaksilər gətirilib.

6 yeni elektrobusun alınaraq Naxçıvan şəhərində marşrut xətlərinə salınması nəqliyyat sahəsində bir yenilik kimi həm sərnişinlərin rahatlığı, həm də xidmətin təşkili baxımından bir sıra üstünlüklərə səbəb olub. Həmin tədbirlərin davamı olaraq 2 elektrotaksi təqdim edilib.

Elektriklə işləyən avtomobillər ekoloji cəhətdən təmiz və qənaətcildir.

Çin istehsalı olan “CHANGAN AUCHAN” markalı bu nəqliyyat vasitələri 7 yerlikdir. Tam yüklü batareya ilə 300-350 kilometr məsafə qət edə bilir. Batareyaların tam dolması üçün ev şəraitində 5-7 saat, şarj aparatı ilə 100 dəqiqə kifayət edir. Nəqliyyat vasitəsinin maksimum sürət həddi 200 km/saatdır. Avtomobil kondisioner və qızdırıcı sistemlə, ön və arxadan kameralarla təchiz olunub. Həmçinin yeni taksilərdə ABS əyləc sistemi, elektrikli pəncərələr və park radar sistemi mövcuddur.

Son xəbərlər
Digər xəbərlər