28 C
Baku
Sunday, July 14, 2024

“NaxçıvanBank” 8 milyon manatdan çox mənfəət edib

“NaxçıvanBank” ASC 2023-cü ilin 2-ci rübünü 8 milyon 72 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 7 milyon 814 min manat təşkil edib ki, bu da illik müqayisədə 3.3% artıb.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Naxçıvan Bank”ın gəlirləri 14 milyon 310 min manat (illik müqayisədə 14.4% çox), xərcləri 5 milyon 991 min manat təşkil edib. 2022-ci ilin eyni aylarında bankın gəlirləri 12 milyon 510 min manat, xərcləri isə 4 milyon 332 min manat olub.

Bu il iyulun 1-nə “Naxçıvan Bank”ın aktivləri 295 milyon 773 min manat olub ki, bunun 204 milyon 701 min manatı müştərilərə verilmiş kreditlərdir.

x1 1 x2 1

x3 1

Son xəbərlər
Digər xəbərlər