“Naxçıvanbank” ASC-nin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının qərarı, Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət və Mərkəzi Bankın qabaqcadan yazılı razılığına əsasən, “Naxçıvanbank” ASC-nin “E-kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilmə formasında yenidən təşkili prosesinə başlanılıb.
“Naxçıvanbank” ASC-nin kreditorlarından xahiş olunur ki, 24 iyun 2024 tarixindən 24 avqust 2024 tarixinə kimi (60 (altmış) təqvim günü müddətində) tələblərinin qeydə alınması üçün aşağıdakı ünvanlara bank iş günləri saat 10.00-dan 17.00-a kimi müraciət etsinlər:
- Naxçıvan MR, Naxçıvan şəhər, C.Məmmədquluzadə küçəsi, 27 (Baş ofis)
- Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər, Fəvvarələr küç.,1 (Bakı filialı)