8 C
Baku
Monday, November 18, 2024

Naxçıvanbank gənc sahibkar layihəsi

25 Aprel Sahibkarlar günü ilə əlaqədar Naxçıvanbank, Naxçıvansığorta və NMR Gənclər və İdman Nazirliyi ilə birlikdə “Gənc sahibkar” layihəsinə start verir!

Layihə gənclər arasında işsizlik səviyəsini azaltmaq, onların biznes ideyalarını və sahibkar olmaq arzularını gerçəkləşdirmək, eləcə də muxtar respublika üzrə sahibkarlığın inkişafına dəstək olmaq məqsədilə yaradılır.

Layihədə iştirak etmək üçün bankın rəsmi veb saytında yaradılmış linkə daxil olaraq şəxsi məlumatları və ideya üzrə hazırlanmış biznes planı forma əlavə etmək kifayətdir. Müraciət müddəti 31 may 2022 tarixində başa çatır. Layihə başa çatdıqdan sonra müraciət edən gənclərin ideyalarına baxılır və gənclərin öz ideyasının təqdimatını aparması üçün banka dəvət olunur. Layihənin müsabiqə xarakter daşıyan bu hissəsində aktivliyi, analiz qabiliyyəti, təqdimatı və ideyası ilə fərqlənən gənclərə ideyasını həyata keçirmək üçün bank tərəfindən İnvestisiya krediti ayrılır. Bununla yanaşı, Naxçıvansığorta tərəfindən fərdi qəza sığortası və Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi sertifikat və hədiyyələr təqdim olunur.

Sonda biznes ideyalarının həyata keçirilməsində hər 3 təşkilat tərəfindən gənclərə mentorluq dəstəyi göstərilir. Bu uzun marafonda gənclərin sahibkarlıq fəaliyyəti üzrə daha möhkəm addımlar atması üçün bütün təcrübələr paylaşılır.

Layihəyə 18 – 35 yaş aralığında, məsuliyyətli və öyrənməyə həvəsli, öz biznesini qurmağı arzulayan gənclər müraciət edə bilərlər.

Müraciət üçün linkə keçid etmək mütləqdir.

Son xəbərlər
Digər xəbərlər