“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci rübünü 1,117 mln manat xalis mənfəətlə başa vurub.
Banker.az bu barədə Bankın 1 aprel 2019-cu il maliyyə hesabatına istinad edir.
2019-cu ilin Yanvar-Mart dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 2 milyon 229 min manat, cəmi xərcləri 1 milyon 58 min manat təşkil edib. Gəlirləri xərcləri üstələdiyindən Bankın 1 milyon 143 min manat əməliyyat mənfəəti yaranıb. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına isə 25,41 min manat ayrılıb.
“Naxçıvanbank” ASC-nin cəmi aktivləri bu il 191,95 mln manat təşkil edib ki, bu da ötən ilin son rübüylə müqayisədə 2,3 % azalma deməkdir. Aktivlərin 677,3 mln manatını isə müştərilərə verilən kreditlər təşkil edib. Belə ki, ötən ilin müvafiq dövrüylə müqayisədə bu ilin ilk rübündə bankın kredit portfeli 4,4 % artıb.
Bankın cəmi öhdəlikləri 5% azalaraq 112,6 mln manat, cəmi kapitalı isə 1,5% artaraq 793,4 mln manat olub.
Qeyd edək ki, “Naxçıvanbank” ASC-nin nizamnamə kapitalı 67 830 000 manatdır.