“NaxçıvanBank” ASC 2023-cü ilin 3-cü rübünü 11 milyon 360 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 12 milyon 441 min manat təşkil edib.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-sentyabr aylarında “Naxçıvan Bank”ın gəlirləri 21 milyon 714 min manat (illik müqayisədə 14.4% çox), xərcləri 9 milyon 387 min manat təşkil edib. 2022-ci ilin eyni aylarında bankın gəlirləri 19 milyon 323 min manat, xərcləri isə 6 milyon 408 min manat olub.
Bu il oktyabrın 1-nə “Naxçıvan Bank”ın aktivləri 302 milyon 482 min manat olub ki, bunun 202 milyon 501 min manatı müştərilərə verilmiş kreditlərdir.