8 C
Baku
Sunday, January 29, 2023

Naxçıvanbankdan Universal Xidmət

Daim öz əməkdaşlarının inkişafına investisiya edən Naxçıvanbank Müştəri xidmətləri əməkdaşlarını “Universal bank işçisi” layihəsinə cəlb edərək onların bilik və bacarıqlarının yüksəldilməsinə dəstək olmuşdur. İCC (İnternational Consulting Company) tərəfindən bankımız 2022-ci il üzrə “Əməkdaşların inkişafına ən çox yatırım edən bank” nominasiyası üzrə II yerə layiq görülmüşdür.

2022-ci ildə əsas strateji hədəflərimizdən olan Universal bankçılıq xidmətlərinə keçidi ilin sonunda tam şəkildə yekunlaşdırmışıq. Artıq Beynəlxalq sertifikatlı əməkdaşlarımız müştərilərimizə yüksək keyfiyyətli universal bank xidmətləri göstərirlər.

Müştəri xidmətlərimiz yeni struktur dəyişikliklərindən sonra hesablaşma-kassa əməliyyatları ilə birlikdə kreditləşmə proseslərini də eyni zamanda həyata keçirə bilirlər. Göstərdiyimiz keyfiyyətli xidmətlər sayəsində müştəri məmnuniyyəti daim yüksək səviyyədə olmuş, bankımızın daha da uğurla inkişaf etməsinə zəmin yaratmışdır.

Növbəti ildə də əsas strateji hədəflərimiz korporativ və pərakəndə fəaliyyət seqmentləri üzrə yeni məhsullar təqdim etmək, rəqəmsal bankçılıq xidmətlərini təkmilləşdirmək və ümumi xidmət səyiyyəsini yüksəltməkdir.

Son xəbərlər
Digər xəbərlər
X