8 C
Baku
Şənbə, Yanvar 22, 2022

“Naxçıvanbank”ın builki mənfəəti azalıb

“Naxçıvanbank” ASC-nin 2019-cu ilin yanvar-sentyabr ayları üzrə xalis mənfəəti 4,40 mln. manat təşkil edib.

Banker.az bu barədə kommersiya bankının 2019-cu ilin III rübü üzrə maliyyə hesabatına istinad edir.

Bu ötən ilki dövrlə müqayisədə təqribən 1% azalma olması deməkdir.

“Naxçıvanbank” hesabat dövrü ərzində cəmi 5,47 mln. manat faiz gəliri, 0,38 mln. manat faiz xərci 2,87 mln. manat qeyri-faiz gəliri və 2,84 mln. manat isə qeyri-faiz xərci olub ki, bu da bankın 4,76 mln. manat əməliyyat mənfəəti etməsi deməkdir. Məlumat üçün bildirək ki, ötən il bankın əməliyyat mənfəəti builkindən daha çox – 4,97 mln. manat təşkil edirdi.

321434t4tgdfger
min manat

Bankın hazırda cəmi kapitalı 209,36, cəmi öhdəlikləri 126,30 mln. manat və cəmi kapitalı isə 83,05 mln. manatdır.

 

Son xəbərlər
Oxşar xəbərlər