8 C
Baku
Sunday, November 17, 2024

“Naxçıvanbank”ın gələcək inkişaf strategiyası

®“Naxçıvanbank” ASC Naxçıvan Muxtar Respublikasında və paytaxt Bakı şəhərində müştərilərinə yüksək keyfiyyətli fərdi və korporativ bank xidməti göstərməkdə davam edir. 

“Naxçıvanbank” ASC müasir dövrün tələblərinə uyğun olaraq rəqəmsallaşmanı daha da stimullaşdırmaq, həmçinin əhalinin bank xidmətlərindən daha rahat faydalana bilməsi üçün bankomat və ödəmə terminallarını yeniləyərək artırmağa davam edir. Hazırda bank ölkə üzrə 51 bankomat və 99 ödəniş terminalı ilə əhaliyə yüksək səviyədə xidmət göstərir.

Müştərilərə göstərilən xidmətin daha da yaxşılaşdırılması məqsədilə bankın Naxçıvan filialı əsaslı təmirə getmiş və müasir standartlara cavab verəcək şəkildə yenilənərək əhalinin istifadəsinə verilmişdir. Hazırda şəhər daxilində yerləşdiyi əlverişli mövqe və yenilənən görünüşü ilə bankın Naxçıvan filialı xidmət keyfiyyətini daha da artırmışdır. 

“Naxçıvanbank” ASC-nin hazırda Naxçıvan Muxtar Respublikası ərazisində Baş ofis, 6 filial, 2 mübadilə məntəqəsi, həmçinin paytaxt Bakı şəhərində 1 filial  və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir. Azərbaycanın digər regionlarında yaşayan əhaliyə də yüksək keyfiyyətli bank xidmətlərinin təqdim olunmasını hədəfləyən Naxçıvanbank, bu istiqamətdə mühüm layihələr üzərində çalışır. 

Naxcivanbank.az saytına daxil olmaqla müştərilər onlayn bankçılıq xidmətlərindən yararlana bilərlər.

Saytda təqdim olunan müvafiq bölmələrə daxil olmaqla müştərilər Naxçıvanbankın filiallarının, ATM-lərinin yerləşdiyi ünvanlar, fərdi və korporativ bankçılıq, kommunal ödənişlər, kredit və əmanət şərtləri, eləcə də yeni kampaniyalarla bağlı ətraflı məlumat əldə edə bilərlər. 

Müştərilər onları maraqlandıran suallar, təklif və şikayətləri ilə bağlı müraciətlər bölməsinə daxil olmaqla bankla əlaqə yarada bilərlər.

Bankomat terminal scaled

yeni kosk scaled

Son xəbərlər
Digər xəbərlər