“Naxçıvanbank”ın xalis mənfəəti azalıb

0

“Naxçıvanbank” ASC- 2019-cu ilin ilk 6 ayə ərzində 3,2 milyon manat faiz gəliri, 245 min manat faiz xərci, 1,68 milyon manat qeyri-faiz gəliri və 1,89 mln. manatlıq qeyri-faiz xərci edib.

Banker.az-ın bankın 30 iyun 2019-cu il tarixinə olan hesabatına istinadən məlumatına görə, son nəticədə bankın əməliyyat mənfəəti 2,83 mln. manata yaxın olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% azalması deməkdir. Belə ki, bank ötən il 2,98 mln. manatlıq əməliyyat mənfəəti etmişdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Əməliyat mənfəətindən cəmi 600 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb və bankın 2019-cu ilin ilk 6 ayı üzrə xalis mənfəəti 2,22 mln. manat təşkil edib. Bu rəqəm ötən ilin müvafiq dövründə 2,33 mln. manat idi.