6 C
Baku
Sunday, March 3, 2024

Naxçıvanda ət və süd istehsalı artıb – Statistika Komitəsi

2022-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında  475 milyon 517 min 500 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.8% çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 23122 ton, süd istehsalı 81908 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6.7%, süd istehsalı isə 1.4% artıb.

Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Həmçinin, Komitənin məlumatına görə, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.

 

Son xəbərlər
Digər xəbərlər