Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 882 min 600 manat olub.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 9,6% çoxdur.
Həmçinin, bu ilin birinci rübündə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% çoxdur. Ticarət şəbəkəsində 172 milyon 592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq qeyri-qida məhsulları satılıb.