10 C
Baku
Friday, December 13, 2024

Naxçıvanda əməkhaqqı artım sürəti ümumi ölkə üzrə olandan daha ləngdir

Naxçıvanda 2019-cu ilin yanvar-iyul aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 454,5 manat olub.

Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz çoxdur.

Lakin, ölkə üzrə əməkhaqqıları analoji dövrdə 587,7 manat olmaqla yanaşı artım tempi isə 8,4% olub.

Digər bir fərq isə, ölkə üzrə orta aylıq əmək haqları ilə MR-nın ərazisində yaşayanların əməkhaqqılarının arasındakı nisbət 1,29-dur. Fakt kimi qeyd etməliyik ki, öncəki il daha az, yəni, 1,26 idi.

 

Son xəbərlər
Digər xəbərlər