Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 43 milyon 60 min 900 manat vəsait yönəldilib.
Bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin birinci rübünün göstəricidən 42,3% çoxdur.
Məlumata görə, əsas kapitala vəsait qoyuluşunun 29 milyon 843 min 400 manatı və ya 69,3%-i tikinti-quraşdırma işlərinin payına düşüb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2% çoxdur.