Cari ilin yanvar-fevral aylarında Naxçıvanda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 milyon 451 min 100 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 45.3 faiz azdır.
Bununla yanaşı, 2024-cü ilin yanvar-fevral aylarında 15 milyon 601 min 200 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3.2 faiz azdır.
Həmçinin, cari ilin yanvar-fevral aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 203 milyon 503 min 300 manat təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1.0 faiz çoxdur.