Naxçıvan MR-də 2021-ci ilin yanvar-oktyabr aylarında 452 milyon 915 min 800 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.6 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 21677 ton, süd istehsalı 80767 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 4 faiz, süd istehsalı isə 1.4 faiz artıb.
Banker.az bu barədə Naxçıvan MR-in Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitədən bildirilir ki, sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.