2022-ci ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 62 mln. 134 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.6% çoxdur. Banker.az Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 10 397 ton, süd istehsalı 38 150 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6.2%, süd istehsalı isə 1.7% artıb.
Komitənin hesabatına əsasən, muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.