5 C
Baku
Saturday, December 14, 2024

Naxçıvanda ət və süd istehsalı artıb – Rəsmi

2022-ci ilin yanvar-aprel aylarında Naxçıvan MR-də 46 mln. 559 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.

Banker.az bu barədə Naxçıvan MR Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatına əsasən, bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.9% çoxdur.

Hesabat dövrü ərzində diri çəkidə ət istehsalı 8 837 ton, süd istehsalı 26 950 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6.2%, süd istehsalı isə 1.4% artmışdır.

Son xəbərlər
Digər xəbərlər