10 C
Baku
Saturday, November 23, 2024

Naxçıvanda 10 ayda elektrik enerjisinin 52 %-i “yaşıl mənbə”dən əldə olunub

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında istehsal olunan ümumi elektrik enerjisinin 52 %-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşüb.

Bu barədə muxtar respublikanın Dövlət Energetika Xidməti məlumat yayıb.

Bildirilib ki, bu ilin 10 ayında Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarında istehsal olunan ümumi elektrik enerjisinin 48 %-i İstilik Elektrik Stansiyalarında, 39 %-i Su Elektrik Stansiyalarında, 13 %-i isə Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 % artıb.

Xatırladaq ki, bu rəqəm 2023-cü ilin yanvar-oktyabr aylarında 34 % olub.

Son xəbərlər
Digər xəbərlər