7 C
Baku
Thursday, December 12, 2024

Naxçıvanda 11 mindən artıq pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər nəticəsində muxtar respublikada da ötən ildən sosial ödənişlərin proaktiv təyinatı həyata keçirilir.

Bu barədə  nazirlikdən məlumat verilib. Bildirilib ki, Muxtar Respublikada artıq 11,3 min pensiya, müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb:

“Beləliklə, həmin sosial ödənişlər onları almağa hüququ yaranmış şəxslərin müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada təyin edilib.

Naxçıvan MR-də də artıq e-sosial.az portalı üzərindən pensiya barədə məlumat ala bilmək, e-arayışlar əldə etmək və s. e-xidmətlərdən istifadə imkanları yaradılıb.

Həmçinin son günlər “Ünvanlı yardım” e-sisteminin yenidən qurulması nəticəsində sosial yardım üçün müraciət proseduru təkmilləşdirilib”.

“Bunun nəticəsi olaraq, muxtar respublikanın sakinləri də ünvanlı yardım üçün müraciət edərkən “Ərizə-bəyannamə”də bir çox məlumatların qeyd edilməsi tələb olunmur və bu məlumatlar e-sistem tərəfindən müvafiq qurumların informasiya sistemlərindən əldə edilir”, – deyə məlumatda bildirilib.

Son xəbərlər
Digər xəbərlər