24 C
Baku
Sunday, June 2, 2024

Naxçıvanda 2 yeni yaranan milyonluq şirkətlər bölündü

“Naxproperty-S” MMC və “Naxproperty-R” MMC ayrılma şəklində yenidən təşkil olunur.

Banker.az xəbər verir ki, “Naxproperty-S” MMC tərkibindən “Duzdağ ESTATE” MMC, “NAXPROPERTY-S1” MMC, “NAXPROPERTY-S2” MMC, “NAXPROPERTY-S3” MMC ayrılaraq yeni yaranır. Həmin şirkətlər bölünmə balansı üzrə bəzi hüquq və öhdəliklər üzrə “NAXPROPERTY-S” MMC-nin hüquqi varisidirlər.

Cəmiyyətin tərkibindən “NAXPROPERTY-1” MMC, “NAXPROPERTY-2″ MMC,”NAXPROPERTY-3” MMC, “NAXPROPERTY-4” MMC ayrılaraq yeni yaranır. Həmin şirkətlər bölünmə balansı üzrə bəzi hüquq və öhdəliklər üzrə “NAXPROPERTY-R” MMC-nin hüquqi varisidirlər.

Qeyd edək ki, “Naxproperty-S” MMC və “Naxproperty-R” MMC bu ilin yanvarında dövlət qeydiyyatına alınıblar, hər ikisinin qanuni təmsilçisi Arif Yusifovdur. “Naxproperty-S” MMC-nin nizamnamə kapitalı 4 232 400 manatdır, “Naxproperty-R” MMC-nin isə 2 325 300 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər