3 C
Baku
Wednesday, February 28, 2024

Naxçıvanda 20 min azarkeş tutumu olan stadion köçürüləcək

Naxçıvan şəhərində 20 min azarkeş tutumu olan stadion köçürüləcək.

Bu, Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda əksini tapıb.

Plana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Gənclər və İdman Nazirliyi ilə birgə 2023-cü ildə stadionun yerində asudə vaxtın təşkili ilə bağlı kompleksin layihələndirmə işlərini həyata keçirməlidir.

Eyni zamanda, 2023-2024-cü illərdə Naxçıvan şəhərində böyük yaşayış komplekslərinin həyətində, parklarda və əhalinin sıx yaşadığı məhəllələrdə insanların idmanla məşğul olması, asudə vaxtın səmərəli təşkili məqsədilə sadə tipli açıq hava idman qurğularının qurulması təmin ediləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər