Naxçıvan Muxtar Respublikasında 24 dövlət əmlakının satışı üzrə hərraclar keçiriləcək.
“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən 9 iyul və 11 iyulda hərracların keçirilməsi ilə bağlı prosedurlara başlanılıb.
İlk hərracda 11 nəqliyyat vasitəsinin özəlləşdirilməsi nəzərdə tutulub. 1999-2010-cu illərdə istehsal olunmuş müxtəlif marka və modelə sahib nəqliyyat vasitələrinin start satış qiymətləri 1000-4200 manat arasında dəyişir.
İyulun 11-də keçiriləcək hərracda isə muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid (gözəllik salonu, bərbərxana, dərzi sexi, ət mağazası) dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsinin satışı həyata keçiriləcək.