16 C
Baku
Saturday, October 18, 2025

Bu ilin ilk üç rübündə Naxçıvandakı “ƏDV geri al” ödənişlərinin həcmi açıqlandı

2025-ci ilin yanvar – sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublika üzrə istehlakçılara 1.3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26.3 faiz çoxdur.

Banker.az bunu Dövlət Vergi Xidmətinin təqdim etdiyi göstəricilərə istinadən xəbər verir.

Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3.6 milyon manatdan çox olub.

Qeyd edək ki, pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” mexanizminin tətbiqi Naxçıvan Muxtar Respublikasında da davam etdirilir.

2025-ci ilin 9 ayında Naxçıvanda yeni nəsil yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) vasitəsilə qeydə alınan dövriyyə 364.1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69.3 milyon manat və ya 23.5 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər