22 C
Baku
Monday, September 30, 2024

Naxçıvanda 31 milyondan çox kredit verilib – iki ay ərzində 12%-dən çox

2021-ci ilin yanvar-fevral aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 31 milyon 8 min 200 manat məbləğində kreditlər verilib.

Banker.az Naxçıvan Statisika İdarəsinin hesabatına istinadən xəbər verir ki, bu, bir il öncəki göstəricidən 12.1 faiz çoxdur.

Belə ki, iki ay ərzində verilmiş kreditlərin 6 milyon 850 min 600 manatı və yaxud 22.1 faizi qısamüddətli, 24 milyon 157 min 600 manatı və yaxud 77.9 faizi isə uzunmüddətli kreditlər olub.

Son xəbərlər
Digər xəbərlər