Naxçıvan MR Təhsil Nazirliyi “Construction Business Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 4.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Naxçıvan M.R. Babək rayonu Hacıvar kənd 456 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4 472 933 AZN təşkil edir.