Naxçıvan Muxtar Respublikasında 500 MVt-lıq böyük elektrik stansiyasının quraşdırılması planlaşdırılır.
Bunu Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Şərurda yeni istifadəyə verilən günəş elektrik stansiyasının açılışında bildirib.
Onun sözlərinə görə, alternativ enerji sahəsində son vaxtlar Naxçıvanın potensialına investorların marağı artıb:
“Artıq bu sahədə investorlardan da real təkliflər gəlməkdədir. Təkliflər sırasında 500 MVt-lıq böyük yaşıl enerji üzrə elektrik stansiyalarının quraşdırılması layihəsi də vardır”.