16 C
Baku
Friday, October 18, 2024

Naxçıvanda 8 ayda verilən güzəştli kreditlərin məbləği açıqlanıb

Bu ilin yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında 30 layihənin maliyyələşdirilməsinə 1,5 milyon manat güzəştli kredit verib.

Bu barədə Fondan bildirilib.

Məlumata görə, verilmiş kreditlər hesabına 41 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2023-cü ilin fevral ayından Fondun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər