31 C
Baku
Thursday, July 18, 2024

Naxçıvanda 9 ayda ₼4 mln.-dan çox güzəştli kredit verilib

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 100 milyon manatdan çox kredit verilib, bunun 4.197 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə – güzəştli qaydada ayrılıb.

Bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

“Güzəştli kreditlərin 3.69 milyon manatı sənaye, 492 min manatı kənd təsərrüfatı, 15 min manatı isə xidmət sektorunun inkişafına yönəldilib”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər