Naxçıvanda açılmış bank hesablarının sayı 95 minə çatıb

Bank sign on glass wall of business center

1 iyun tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 95 027-yə çatıb ki, bunun da 82329-u və ya 86.6 faizi aktiv hesablardır.

Banker.az xəbər verir ki, bu barədə Naxçıvan Statistika İdarəsindən məlumat verilib. Belə ki, 2021-ci ilin yanvar-may aylarında açılmış 18 019 bank hesabının 17 984-ü aktiv hesablar olub.

Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı 1 iyun 2021-ci il tarixə 1455-ə çatıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.