Naxçıvan Muxtar Respublikasında 1 iyul tarixinə aktiv POS-terminalların sayı 1960 ədəd olub.
Muxtar respublikasının İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu göstərici 1 yanvar 2023-cü illə müqayisədə 3,6 dəfə çoxdur.
Cari ilin yanvar-may ayları ərzində POS-terminallar vasitəsilə qeydə alınan dövriyyə 41,6 milyon manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 milyon manat və ya 37,7 faiz çox deməkdir.