25 C
Baku
Sunday, July 21, 2024

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 21.5 faiz artıb

Naxçıvan Muxtar Respublikasında 1 iyul 2024-cü il tarixinə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 21,5 faiz artaraq 18 min 841 ödəyici olub.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən  bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 19,6 faiz artıb və 512 ödəyici təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 6,3 faiz artaraq 5664-ə çatıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər