13 C
Baku
Friday, November 22, 2024

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 19% artıb

Naxçıvan Muxtar Respublikasında yaradılmış əlverişli biznes mühiti və tətbiq edilən müasir vergi inzibatçılığı sayəsində bu il dekabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 19%, yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı 2 dəfə, əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 39%, yeni qeydiyyatdan keçmiş obyektlərin sayı 2.3 dəfə, qeydiyyatdan keçmiş POS-terminalların sayı 28%, yeni açılmış bank hesablarının sayı 22%, nağdsız əməliyyatlar üzrə dövriyyə 2.8 dəfə artıb.

Bunu Naxçıvanın iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Abbas İsmayılov bildirib.

O, həmçinin deyib ki, hazırda muxtar respublikada bir sıra özəl müəssisələr, o cümlədən 22 özəl təhsil müəssisəsi fəaliyyət göstərir: “Onlardan 1-i universitet, 21-i isə hazırlıq kurslarıdır. 11 ay ərzində Naxçıvanda hazırlıq kursları kimi fəaliyyət göstərən vergi ödəyicilərinin sayında 3 dəfə artım baş verib. Muxtar respublikada özəl məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyət göstərən sahibkarlıq subyekti isə hələ ki, mövcud deyil”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər